330x110
 

Bu ilin 9 ayında Azərbaycanda nə qədər minik avtomobili istehsal edilib?

19.10.2021,16:01


19 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1516 ədəd və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7% çox ( və ya 134  ədəd çox) minik avtomobili istehsal olunub.

ABC.AZ-ın  Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2021-ci ilin yanvar-avqust aylarında (8 ayda) Azərbaycand 1214 ədəd minik avtomobili istehsal edilmiş və bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% (və ya 44 ədəd az) çox idi.

Beləliklə, sentyabrda Azərbaycanda 302 ədəd minik avtomobili istehsal edilib. Avqustda Azərbaycandakı müəssisələr tərəfindən 274 ədəd avtomobil buraxılmışdı.