Yoluxanların sayı artdı - Son statistika

16:46 - 19.10.2021


19 oktyabr, Fineko/abc.az. Bir sutka ərzində Azərbaycanda 2 102 yeni koronavirus infeksiyası hadisəsi aşkarlanıb, 863 nəfər müalicə olunub, 15 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında operativ qərargahının məlumatında deyilir ki, bu günə qədər Azərbaycanda koronavirus infeksiyasına yoluxma halları 505554 təşkiledib, onlardan 479675 nəfər müalicə olunub, 6793 nəfər dünyasını dəyişib, aktiv xəstələrin sayı 19086-dır.

Koronavirus infeksiyasının yeni hallarının aşkar edilməsi üçün sutka ərzində 12 189 test keçirilib, ötən müddət ərzində 5 044 744 test keçirilib.

 

Bütün xəbərlər