Neft ucuzlaşır, Brent bir barelə $84,67 təşkil edir

09:06 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə günü hərraclarda azalır.

Saat 8:50-də London ICE Futures birjasında ticarət üzrə Brent neftə dair fyuçers $0,41 (0,48%) - barrel üçün $84,67-ə qədər düşüb. 19 oktyabr ticarət nəticələrinə görə, dekabr ayına olan Brent neftinin fyuçers qiyməti $0,75 (0,89%) - bir barel üçün 85,08 dollara yüksəldi.

Saat 8:50-də, Nyu-York əmtəə birjasında (NYMEX)  WTI neftinin noyabr fyuçersi  $0,34 (0,41%) - barrel başına $82,62 səviyyəsinə düşdü. Oktyabrın 19-da keçirilən hərracların nəticələrinə görə,   WTI neftinin fyuçers qiyməti $0,52 (0,63%) artaraq barel başına $82,96-a çatıb.

 

Bütün xəbərlər