Facebook-un adı dəyişir? – Detallar

10:16 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. Facebook rəhbərliyi gələn həftə adını dəyişdirməyi planlaşdırır.

ABC.AZ-ın məlumatına görə, şirkətdən bildirilib.

Qeyd olunub ki, "Facebook" “metakainat" qurmağa olan diqqətini əks etdirmək üçün gələn həftə adını dəyişdirəcək.

Şirkətin rəhbəri Mark Zukerberqin sözlərinə görə, yaşamaq və şəhər mərkəzindən uzaqda işləmək istəyən "metakainat" yaradıcılıq peşələrinin sahiblərinə, həmçinin təhsil və ya istirahət obyektlərinə girişin məhdudlaşdırıldığı əyalətlərdə yaşayan insanlara böyük imkanlar verəcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər