Google yeni smartfonlarını təqdim edib

10:26 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. Qlobal texnologiya nəhəngi Google ötən gün yeni smartfonlarını təqdim edib.

ABC.AZ xəbər verir ki, "Google"un rəsmi bloqundakı açıqlamada Pixel 6 və Pixel 6 Pro mobil telefonlarının özəllikləri haqqında ətraflı məlumat təqdim olunub.

Hər 2 smartfon "Google"un ilk mikroprosessoru olan Tensor çipi və Android 12 əməliyyat sistemi ilə təchiz edilib.

Yeni çipin süni intellekt və maşın öyrənmə xüsusiyyətlərindən istifadə etməsi həm nitqin tanınması, həm də şəkillərin daha təkmilləşdirilmiş emalına imkan verir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər