330x110
 

Əhalinin gəlirləri 2 faiz artıb - 9 ayın hesabatı

20.10.2021,10:44


20 oktyabr, Fineko/abc.az. Azərbaycan əhalisinin cəmi gəlirləri 2021-ci ilin yanvar-sentyabr aylarında 42,3 milyard manat təşkil edib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 2 faiz artlm deməkdir.

2021-ci ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin nominal gəlirləri 42 milyard 251,7 milyon manat və ya hər nəfərə orta hesabla 4 min 219,3 manat təşkil edib.

Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 37 milyard 906,0 milyon manatlıq vəsait qalıb.

Eyni zamanda, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2021-ci ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artıb.