Bu ölkədə 1 avroya evlər satılır

11:00 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. İtaliyanın Abruzzo bölgəsinin Pratola Peligna qəsəbəsindəki evlər bir avroya satışa çıxarılıb.

ABC.AZ-ın məlumatına görə, hazırda qəsəbədə 630 boş ev var və onlardan 250-si satılır.

Bu addımı atmaqda ən başlıca səbəb qəsəbənin yenidən canlandırılmasıdır. Evlər üçün depozit tələb olunur, lakin mülk sahibləri 6 ay ərzində tikinti işlərinə başlamalıdırlar.

Əks halda onları 10 min avro cərimə gözləyir.

Bütün xəbərlər