Ərzaq məhsulları indeksi 6 faiz artıb - Hesab

11:18 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. Dövlət Statistika Komitəsi 2021-ci ilin yanvar-sentyabr aylarında ərzaq məhsulları, içkilər və tütün məmulatlar üzrə istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artdığını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, cari ilin sentyabr ayında istehlak qiymətləri indeksi əvvəlki ilin sentyabr ayına nisbətən 108,5 faiz, 2021-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi isə əvvəlki ilin sentyabr ayına nisbətən 10,4 faiz artıb.

Beləliklə, son 1 ildə ərzaq qiymətlərinin 10% civarında artdığı bir dövrdə əhalinin gəlirləri 2% artıb.

 

Bütün xəbərlər