330x110
 

"Netflix"in abunəçilərinin sayı kəskin artıb

20.10.2021,11:32


20 oktyabr, Fineko/abc.az. Amerikanın Netflix şirkətinin xidmətlərindən ödənişli abunə olaraq istifadə edənlərin sayı dünyada 214 milyona yaxınlaşıb.

ABC.AZ xəbər verir ki, şirkət üç aylıq dövrdə (iyul-sentyabr) 4.4 milyon abunəçi qazanıb.

Şirkətin təqdim etdiyi proqnoza görə, bu ilin dördüncü rübünün sonuna qədər onların sayı daha 8,5 milyon artaraq 222 milyona çatacaq.

Onu da qeyd edək ki, hesabat dövründə şirkətin cəmi gəlirləri 7,4 milyard dolları, mənfəəti isə 1,4 milyard dolları keçib.

Müəllif: Elmir Murad