330x110
 

Minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur – Nazir müavini

20.10.2021,11:45


20 oktyabr, Fineko/abc.az. Hazırda 2022-ci il dövlət büdcəsinin layihəsi ilə bağlı müzakirələr gedir.

Vacibdir ki, gələn il sosial artımlarla bağlı büdcədə müvafiq vəsaitlər ayrılsın və əhali qısa müddətdə bu artımlardan faydalana bilsin.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu əmək və əhalinin nazirinin müavini Anar Kərimov bildirib.

"Minimum pensiyalar, minimum əməkhaqqı, müavinət və təqaüdlərin 20-40 faiz artırılması nəzərdə tutulur.  Artımlar 1,8 milyon nəfəri əhatə edəcək. Bu, çox vacibdir. Çünki 2019-2020-ci ildə sosial islahatlar aparılıb, iki mərhələdə artımlar olub. Pandemiya olduğu üçün 2020-ci ildə anti-pandemiya tədbirləri həyata keçirilib. Prezidentin tapşırığı ilə növbəti ildə geniş miqyaslı artımlar planlaşdırılır”, - deyə nazir müavini bildirib.