Gazprom şirkəti qaz satışından böyük gəlir əldə edəcək - Proqnoz

14:54 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. Rusiyanın "Gazprom" şirkəti gəlirləri ilə bağlı proqnoz açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, şirkətin qaz satışından gələn gəlirləri getdikcə artmaqdadır.

Ona görə də şirkət 2021 -ci ildə qaz satışından rekord gəlir əldə edəcəyini gözləyir.

Qeyd edək ki, ilkin planla müqayisədə qaz satışından əldə olunan gəlirlərin həcmi təxminən 30% artıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər