Azərbaycanda 100 ailəyə 52 avtomobil düşür

13:46 - 12.04.2018


12 aprel, Fineko/abc.az. Dövlət Statistika Komitəsi ölkədə olan avtomobillərin sayını açıqlayıb.

Dövlət Statistika Komitəsinin sədri Tahir Budağov bildirib ki, 2018-ci il yanvar ayının 1-i vəziyyətinə avtomobillərin sayı 1342,3 min ədəd təkil etmişdir.

“Ölkə əhalisinin hər 1000 nəfərinə düşən minik avtomobillərinin sayı 2003-cü ildəki 48 ədəddən 118 ədədə çatmış. Hazırda hər 100 ailədən 52-sinin şəxsi minik avtomobili var”, - T.Budağov belə deyib.

 

Bütün xəbərlər