Valyuta hərracında manat və dolların vəziyyəti dəyişmədi

13:48 - 12.04.2018


12 aprel, Fineko/abc.az. Bu gün Azərbaycan Mərkəzi Bankı növbəti valyuta hərracını keçirib.

“Aprelin 12-də Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilmişdir. Hərracda manatın ortaçəkili məzənnəsi bir dollara 1,7000 manat səviyyəsində formalaşmışdır”, - AMB-dan belə xəbər verildi.

Əvvəlki, aprelin 10-da keçirilən hərracda ortaçəkili məzənnə həmçinin bir dollara 1,7000 manat təşkil etmişdir.

 

 

Bütün xəbərlər