Yoluxanların sayı yenə artdı - Statistika

16:45 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 2303 yeni yoluxma faktı qeydə alınıb, 1010 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 16 nəfər COVID-19-dan dünyasını dəyişib.

 

Bütün xəbərlər