Son sutkada nə qədər vaksin vurulub?

17:10 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31389 vaksin vurulub.

Operativ Qərərgahdan ABC.AZ-a daxil olan məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17092 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 9257472, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4991242, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4266230 təşkil edir.

 

Bütün xəbərlər