Doqquz ayda bu qədər daşınmaz əmlak qeydiyyata alınıb

17:30 - 20.10.2021


20 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 219 968 daşınmaz əmlak dövlət qeydiyyatına alınıb.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 24% çoxdur.

Dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların 48 607-si ilk dəfə, 171 361-i isə təkrar qeydiyyata alınıb.

Cari ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 35 260-ı fərdi yaşayış və bağ evi, 66 763-ü mənzil, 108 753-ü torpaq sahəsi, 2 560-ı qeyri-yaşayış binası, 6 040-ı qeyri-yaşayış sahəsi, 557-si əmlak kompleksi, 35-i isə çoxmərtəbəli yaşayış binasıdır.

 

Bütün xəbərlər