Neft ucuzlaşır, Brent barel başına $85,68

09:44 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. Neftin  etalon markalarının  qiymətləri ötən hərracların nəticələrinə əsasən ABŞ-da yanacaq ehtiyatları barədə məlumatlardan sonra cümə axşamı ticarətində azalır.

Saat 9 :15 üçün London ICE Futures birjasında keçirilən hərracda Brent markalı neftin dekabr fyuçersi $0,14 (0,16%) - barrel başına $85,68-ə düşüb. 20 oktyabr ticarət nəticələrinə görə, dekabr ayına olan Brent  fyuçersi $0,74 (0,87%) - bir barelə $85,82-a yüksəldi.

Saat 9 : 15-də, Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin  dekabr ayına olan fyuçersi  $0,01 (0,01%) - barrel başına $83,41 qiymətinə düşüb. Oktyabrın 20 - də keçirilmiş sövdələşmələrin nəticələrinə görə, dekabr ayının fyuçerslərinin qiyməti barrel başına $0,98 (1,19%) - $83,42 səviyyəsinə qalxıb.

ABŞ - ın Energetika Nazirliyinin məlumatına görə, ötən həftə ölkədə kommersiya neft ehtiyatları 431 min barrel azalaraq 426,54 mln.barelə düşüb. Benzin ehtiyatları 5,368 milyon barel azalıb və 217,74 milyon barel, distillatlar 3,913 milyon barel azalıb və 125,39 milyon barel təşkil edib.

 

Bütün xəbərlər