STP Şirkətlər Qrupu memorondum imzaladı - Detallar

10:15 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. STP Şirkətlər Qrupu və Ələt Azad İqtisadi Zonası arasında Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.

ABC.AZ xəbər verir ki, memorandumun məqsədi iki qurum arasında iqtisadi əlaqələri inkişaf etdirmək, həmçinin qarşılıqlı bilik, informasiya və təcrübə mübadiləsi üçün əməkdaşlıq etməkdir.

Bundan başqa qurumların bir-birinin fəaliyyətinin təşviq olunması və onların fəaliyyətinə sərmayələrin cəlb edilməsi üçün də birgə fəaliyyəti nəzərdə tutur.

Memorandum STP Şirkətlər qrupu tərəfdən Baş direktor Ruslan Ağabəyli və Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov tərəfindən imzalanıb.

 

Bütün xəbərlər