330x110
 

Dövlət Vergi Xidməti proqnozu yerinə yetirə bilibmi?

21.10.2021,11:15


21 oktyabr, Fineko/abc.az. Cari ilin doqquz ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 6 milyard 354,4 milyon manat vəsait daxil olub.

ABC.AZ-ın məlumatına görə, bu da proqnoza nisbətən 1 milyard 66,7 milyon manat və ya 20,2 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 681,6 milyon manat  və ya 12,0 faiz çoxdur.

Həmin vəsaitin 73,9 faizi və yaxud 4 milyard 692,8 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 442,8 milyon manat və ya 10,4 faiz çox olub.