AMB valyuta hərracında banklara $50,6 mln. satıb

12:46 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, oktyabrın 21 baş tutmuş valyuta hərracında banklara $50,6 mln satılıb ki, bu da ötən hərracda olduğundan $9,4 mln (15,67%) azdır.

"Valyuta hərracında banklar tərəfindən tələb $50,6 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın orta çəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

 

Bütün xəbərlər