Bakı Metropoliteni 250 min manatlıq tender qalibini açıqladı

16:22 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. "Bakı Metropoliteni" QSC  metropoliten üçün karbonatın daşınması ilə birlikdə satın alınması ilə bağlı elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi “AZ-TEK.İN” MMC olub.

Qalib şirkətə 250 800 manat ödəniləcək.

 

Bütün xəbərlər