AY.4.2 ştamı əslində yeni deyil - Akif Qurbanov

16:31 - 21.10.2021


21 oktyabr, Fineko/abc.az. Yeni mutant kimi qələmə verilən “AY.4.2” ştamı əslində yeni deyil, iyulda identifikasiya olunub.

ABC.AZ "AzərTAc"a istinadən xəbər verir ki, TƏBİB-in Elmi-Tədqiqat Profilaktika İnstitutunun elmi işlər üzrə direktor müavini Akif Qurbanov deyib.

Mütəxəssis xatırladıb ki, buna əvvəllər “delta plyus” ştamı deyilirdi:

“Delta plyus” ştamının əsas xüsusiyyətləri olaraq buna ikiqat mutasiya demişdik. İkiqat mutasiya ondan ibarətdir ki, virus daha tez yayılır və orqanizmdə anticisimlərə qarşı müəyyən rezistentlik göstərir. Bu ştamların yayılmasına ən çox böyük Britaniyada rast gəlinib və 6 faizi identifikasiya olunub. “Delta plyus” ştamları COVID-19 virusunun mutasiya edilmiş formasıdır. Bundan sonra da yeni mutasiyalar gözləyə bilərik”.

 

Bütün xəbərlər