330x110
 

AzerGold tender keçirir

21.10.2021,17:04


21 oktyabr, Fineko/abc.az. “AzerGold” QAS geoloji-kəşfiyyat işlərində istifadə olunan proqram təminatına əlavələr üzrə lisenziyaların və dağ-mədən və geoloji məlumatların emalı üçün nəzərdə tutulan proqram təminatı üzrə texniki dəstəyin satın alınması üçün tender elan edir.

Tenderdə iştirak haqqı 50 manatdır.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, iddiaçılar tenderlərdə iştirak etmək üçün sənədləri 16.11.2021 15:00  tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 24.11.2021 15:00 qədər təqdim etməlidirlər.

İddiaçıların təkliflərinin açılışı 25.11.2021 15:00  tarixində aparılacaq.

Telefon: (994 12) 505 02 02

Əlaqələndirici şəxs: Əli Əsədov