330x110
 

Əhalinin əmanətlərinin həcmi artıb

21.10.2021,17:34


21 oktyabr, Fineko/abc.az. Bu ilin oktyabrın 1-nə Azərbaycanda fiziki şəxslərin banklardakı əmanətlərinin həcmi 8,838 mlrd. manat təşkil edib.

Bu, ilin əvvəli ilə müqayisədə 8,1%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 12,8% çoxdur.

ABC.AZ xəbər verir ki, Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bu göstərici son bir ayda 3,3% artıb.