330x110
 

SOCAR AQŞ Ukraynanın “Naftoqaz” şirkəti ilə anlaşma memorandumu imzalayıb

22.10.2021,10:52


22 oktyabr, Fineko/abc.az. Ukraynanın “Naftoqaz” şirkəti bir sıra xarici şirkətlərlə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin “Dragon Oil” konsorsiumu, Azərbaycanın SOCAR AQŞ, ABŞ-da yerləşən “Helmerich & Payne Inc” (H&P) və “3 Seas Energy” şirkətləri ilə anlaşma memorandumları imzalayıb.

Xəbər verilir ki, bu barədə oktyabrın 20-21-də Kiyev şəhərində keçirilən Ukrayna Qaz İnvestisiya Konqresi zamanı məlumat verilib.

Bu memorandumlar yeni strateji layihələrdə, o cümlədən Qara dəniz bölgəsi ərazilərinin və sıx qaz yataqlarının işlənilməsi, həmçinin tükənmiş yataqlarda hasilatın səmərəliliyinin artırılmasını nəzərdə tutulan tərəfdaşlıqlar üçün təməl rolunu oynayır.

© Azertag