"Badamlı" suları ixracını artırır - Hədəflər açıqlandı

11:11 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. Naxçıvanın "Badamlı" suları zavodu yeni hədəfini açıqlayıb.

Bunu ABC.AZ-a Zavodun direktoru Hümbət Qəhrəmanov açıqlayıb.

O qeyd edib ki, Avropa bazarlarına lisenziya alınması davam edir.

"Özbəkistan və Ukrayna bazarlarında artıq fəaliyyətlərimiz başlayıb. Bu yaxınlarda Kanadaya ilk ixracımızı həyata keçirdik. Bundan sonra yeni ölkələr, yeni bazarlar axtarışında olacağıq. Çalışırıq ki, Avropa bazarına da çıxaq. Qarşıda bununla bağlı planlarımız var" deyə H.Qəhrəmanov deyib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər