BNA 2,7 milyon manatlıq tender qalibini elan etdi

11:25 - 22.10.2021


21 oktyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi “Bakı şəhərinin küçə və prospektlərində quraşdırılmış sahə avadanlıqlarının, onlara aid köməkçi qurğuların və kommunikasiya xətlərinin 7 gün*24 saat iş rejimində fasiləsiz və dayanıqlı fəaliyyətini təmin etmək məqsədi ilə onlara texniki dəstək xidmətlərinin satınalınması” ilə bağlı elan etdiyi tenderə yekun vurub.

ABC.AZ etender.gov.az -veb saytına istinadən xəbər verir ki, tenderin qalibi “TECHMASTER” MMC olub.

Qalib şirkətə 2.790 596 manat ödəniləcək.

 

Bütün xəbərlər