Xorvatiya şirkətləri işğaldan azad edilmiş ərazilərdə həyata keçiriləcək layihələrdə iştirak etmək niyyətindədilər

14:17 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyanın xarici və Avropa işləri naziri Qordan Qrliç Radman ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdə Azərbaycan iqtisadiyyatı, həyata keçirilən sistemli və ardıcıl iqtisadi islahatlar barədə məlumat verən iqtisadiyyat naziri qeyd edib ki, ticarət Azərbaycan-Xorvatiya iqtisadi əməkdaşlığının əsas istiqamətlərindəndir və 2021-ci ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 62% artıb.

Həmçinin, Xorvatiya Respublikasının xarici və Avropa işləri naziri Qordan Qrliç Radman Xorvatiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində həyata keçiriləcək layihələr üzrə əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüş çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Xorvatiya Respublikasının Maliyyə Nazirliyi arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu imzalanıb.

Sənəddə iqtisadi əməkdaşlığın inkişafı, vergi orqanları arasında səmərəli tərəfdaşlığın və məlumat mübadiləsinin təşkili məsələləri öz əksini tapıb.

 

Bütün xəbərlər