330x110
 

Cari ildə ödəniş kartlarının sayı 16% artıb

22.10.2021,14:56


22 oktyabr, Fineko/abc.az. Bank sistemi üzrə sentyabr ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 173 min ədəd artaraq 10 milyon 429 min təşkil etmişdir. Bu isə keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 16.3 % çoxdur.

Bu barədə ABC.AZ Mərkəzi Bankın məlumatına istinadən xəbər verir.

Bildirilir ki, ödəniş kartlarında artım debet kartları üzrə 15.4%, kredit kartları üzrə 23.3% təşkil edib.

Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 133 min, kredit kartları 246 min, digər kartlar isə 1.1 mln. ədəd artmışdır.