330x110
 

“Bank BTB”-nin faiz gəlirləri 4% azalıb

22.10.2021,15:57


22 oktyabr, Fineko/abc.az. “Bank BTB” 2021-ci ilin 3-cü rübünün nəticələrini açıqlayıb.

Hesabata əsasən xəbər verilir ki, ilk 9 ayda bankın faiz gəlirləri 860 min manat və ya təqribən 4% azalaraq 18,87 milyon manat təşkil edib.

Faiz gəlirləri demək olar ki, bütünlüklə kreditlərdən daxil olan faizlərin hesabınadır. Ötən ilin eyni dövründə «Bank BTB» müştərilərə verilən kreditlərdən əlavə maliyyə institutlarına verilən kreditlərdən də təqriğən 2,4 milyon manat gəlir əldə etmişdi. Amma bu il həmin maddə kəskin azalıb.

Bankın faiz xərcləri isə bu müddətdə 1,12 milyon manat və ya 11% artaraq 11,5 milyon manat olub. Artımın səbəbi bankdakı əmanətlərə görə müştərilərə ödənilən faizlərin artmasıdır. Bu ilin ilk 9 ayında Bank BTB əmanət müştərilərinə 8,5 milyon manat faiz ödəyib ki, bu da ötən ilin eyni dövründən 2 milyon manat artıqdır. Nəticədə 9 ayın yekununda bankın xalis faiz gəliri 2 milyon manatdan çox azalaraq 7,37 milyon manat olub.

© Fed.az