“Bank BTB”-nin qeyri-faiz xərcləri 3% azalıb

16:24 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. “Bank BTB” 2021-ci ilin 3-cü rübünün nəticələrinə görə, bankın qeyri-faiz gəlirləri 3,5 milyon manat təşkil edib.

Bankın hesabatına əsasən, bunun 800 min manatı hesablara xidmət üzrə xidmət haqlarıdır, gəlirlərin qalan hissəsini digər gəlirlər təşkil edib. Ötən illə müqayisədə xidmət haqları təqribən 2 dəfə aşağı düşüb (ötən il 1,64 milyon manat olmuşdu).

Bu dövrdə bankın qeyri-faiz xərcləri təqribən 3% azalaraq 10,8 milyon manata düşüb. Xərclərin ən çox azalması inzibati (buraya əməkhaqları da aiddir) xərclərin payına düşüb. İlk 9 ayda bankın inzibati xərcləri 7,8 milyon olub, ötən il isə 10,8 milyon manat idi – 27% azalma baş verib.

Nəticədə 2021-ci ilin 3-cü rübünün yekununda «Bank BTB»nin əməliyyat mənfəəti cəmi 62 min manat olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 22 dəfədən də çox azdır, ötən il bankın əməliyyat mənfəəti 1,4 milyon manat  olmuşdu.

© Fed.az

Bütün xəbərlər