Rusiya Mərkəzi Bankı uçot dərəcəsini artırıb

16:41 - 22.10.2021


22 oktyabr, Fineko/abc.az. Rusiya Mərkəzi Bankı uçot dərəcəsini 0,75 faiz bəndi artıraraq  7,5%-ə qaldırıb.

Rusiya mətbuatına istinadən xəbər verilir ki, proqnozlara əsasən, 2021-ci ilin sonunda inflyasiyanın 7,4-7,9% aralığında olması gözlənilir. Bu barədə qurumun açıqlamasında bildirilir.

Mərkəzi Bankın proqnozuna görə, davam edən pul siyasəti nəzərə alınmaqla 2022-ci ildə illik inflyasiya 4,0-4,5%-ə enəcək və gələcəkdə 4%-ə yaxın olacaq.

 

Bütün xəbərlər