330x110
 

Dövlət xətti ilə ipoteka kreditləşməsi 56% artıb

22.10.2021,17:25


22 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 282,4 milyon manat ipoteka kredit verilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56,45% çoxdur.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında deyilir.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə illik müqayisədə təxminən 3,8 dəfə artaraq 281,5 milyon manata çatıb.

Bundan başqa, il ərzində İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsait 3,2% artaraq 160 milyon manat, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 4 dəfə azalaraq 35,6 milyon manat olub.