Mahaçqaladan Bakıya aviareys açılır

10:47 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindən Azərbaycana aviareyslər açılacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Dağıstan Turizm və Xalq Yaradıcılığı Sənəti Nazirliyindən məlumat verilib.

Yeni reyslərin 2022-ci ilin yayından fəaliyyətə başlayacağı güman edilir.

Bu ilin avqustunda Mahaçqala aeroportunun yeni beynəlxalq terminalının istifadəyə verilməsi ilə respublikadan bir çox ölkələrə uçuşlar başlanıb.

Gələn ildən Azərbaycanla yanaşı, Qırğızıstan, Özbəkistan, Belarus və digər ölkələrə də reyslərin təşkili gözlənilir.

 

Bütün xəbərlər