Bu Bankın qeyri-faiz gəlirləri 10 milyon manatdan çox artıb

11:14 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. “Rabitə Bank”ın faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayiədə 5 milyon 615 min manat və ya 16,49% artaraq 39 milyon 662 min manata yüksəlib.

ABC.AZ-ın məlumatına görə, bu bankin hesabatında öz əksini tapıb.

Belə ki, Bank 2020-ci ilin 9 ayında 34 milyon 47 min manat faiz gəlirləri əldə etmişdi.

“Rabitə Bank”ın qeyri-faiz gəlirləri 2021-ci ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 10 milyon 935 min manat və ya 2,1 dəfə artaraq 20 milyon 706 min manata çatıb.

Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin 9 ayında Bankın qeyri-faiz gəlirləri 9 milyon 771 min manat təşkil etmişdi.

Müəllif: Elmir Murad

Bütün xəbərlər