Doqquz ayda 16 milyon manatdan çox əməliyyat mənfəəti əldə edən bank

11:55 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. 2021-ci ilin yanvar-sentyabr dövründə “Rabitə Bank”ın cəmi əməliyyat gəlirləri (faiz və qeyri-faiz gəlirləri) 60 milyon 368 min manat, cəmi əməliyyat xərcləri (faiz və qeyri-faiz xərcləri) 43 milyon 981 min manat təşkil edib.

ABC.AZ-ım məlumatına görə, bankin gəlirlər xərcləri üstələdiyindən 16 milyon 387 min manat əməliyyat mənfəəti yaranıb.

Əməliyyat mənfəətindən 9 milyon 761 min manat mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara ayrılıb və bank 9 ayı 6 milyon 625 min manat xalis mənfəət ilə bağlayıb.

Müqayisə üçün qeyd edək ki, 2020-ci  ilin yanvar-sentyabr dövründə “Rabitə Bank”ın cəmi əməliyyat gəlirləri 43 milyon 818 min manat, cəmi əməliyyat xərcləri 30 milyon 251 min manat, əməliyyat mənfəəti 13 milyon 567 min manat təşkil etmişdi.

Əməliyyat mənfəətinin 9 milyon 694 min manatı ehtiyata ayırdığı üçün bank həmin dövrü 3 milyon 873 min manat xalis mənfəət ilə bağlamışdı.

 

Bütün xəbərlər