Bu bank bəzi göstəricilər üzrə artımlar əldə edib - Siyahı

12:05 - 25.10.2021


25 Oktyabr, Fineko/abc.az. “Rabitəbank”ın cəmi aktivləri 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 75 milyon 949 min manat və ya 9,1 % artaraq 906 milyon 865 min manata çatıb.

ABC.AZ-ın məlumatına görə, bank 2020-ci ilin sonunda 830 milyon 916 min manat cəmi aktivlərə malik idi. “Rabitəbank” tərəfindən müştərilərə verilmiş cəmi kreditlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 33 milyon 293 min manat və ya 7,7% artaraq 456 milyon 625 min manata yüksəlib.

Ötən ilin sonunda bankın kredit portfeli 423 milyon 332 min manat təşkil etmişdi. “Rabitəbank”da cəmi depozitlər 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 75 milyon 775 min manat və ya 13,9% artaraq 621 milyon 947 min manata yüksəlib. Bank 2020-ci ilin sonunda 546 milyon 172 min manat cəmi depozitlərə malik idi.

“Rabitəbank”da fiziki şəxslərin depozitləri 5 milyon 792 min manat, hüquqi şəxslərin depozitləri isə 69 milyon 983 min manat azalıb.

Qeyd edək ki, 30 Sentyabr 2021-ci il tarixində “Rabitəbank” 102 milyon 99 min manat məcmu kapitala malik olub.

 

Bütün xəbərlər