Doqquz ayda kredit portfeli 7 faizdən çox artan bank – Hesabat

25.10.2021,14:12


25 oktyabr, Fineko/abc.az. "Rabitəbank" ASC-nin kredit portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 33 milyon 294 min manat və ya 7,9% artaraq 456 milyon 625 min manat çatıb.

ABC.AZ-ın məlumatına görə, bankin kredit portfeli 2020-ci ilin sonunda 423 milyon 332 min manat təşkil etmişdi. "Rabitəbank"ın istehlak kreditləri portfelinə gəldikdə burada da artımın olduğunu görürük.

Belə ki, sözügedən bankin kredit portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 29 milyon 599 min manat artaraq 139 milyon 400 min manata çatıb.

"Rabitəbank"ın biznes kreditləri portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 4 milyon 233 min manat azalaraq 238 milyon 782 min manata düşüb.

"Rabitəbank"ın daşınmaz əmlak kreditləri (ipoteka) portfeli 2021-ci ilin 9 ayında ötən ilin sonu ilə müqayisədə 11 milyon 518 min manat artaraq 78 milyon 443 min manata yüksəlib.

"Rabitəbank" tərəfindən müştərilərə verilmiş xalis kreditlər (mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat xaric kreditlər) 27 milyon 434 min manat arataraq 427 milyon 609 min manata yüksəlib.

Bankın 9 ayda mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatı 5 milyon 860 min manat artaraq 29 milyon 16 min manata yüksəlib.