Xalis mənfəətini 52 faiz artıra bilən bank - 9 ayın hesabatı

14:30 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. “VTB Bank (Azerbaijan)” 2021-ci ilin 9 ayında aktivlərini 10%, xalis mənfəətini 52% artırıb.

ABC.AZ xəbər verir ki, bu sözügedən Bankın hesabatında öz əksini tapıb.

Belə ki, "VTB Bank (Azerbaijan)” ASC 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 10% - 206 milyon 151,89 min manata qədər artırıb.

Hesabat dövründə bankın kredit portfeli 16,9% - 147,175 milyon manatdək artıb.

Bankın istehlak kreditləri üzrə portfeli 42,773 milyon manat (artım iki dəfə), biznes kreditləri üzrə portfeli – 76,415 milyon manat təşkil edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər