Bu bankın öhdəlikləri 11 faizdən çox artıb

14:43 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi "VTB Bank (Azerbaijan)” bu ilin 9 ayı üzrə maliyyə hesabatını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabat dövrünün sonuna bankın öhdəlikləri 137 milyon 775,44 min manat (artım 11,6%), depozit portfeli 86 milyon 538,77 min manat (artım 14,9%), o cümlədən fiziki şəxslərin əmanətləri 45 milyon 918,65 min manat təşkil edib (artım 17,2%).

Oktyabrın əvvəlinə bankın kapitalı 68 milyon 376,44 min manat (artım 6,96%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.

9 ayda fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 920,52 min manat təşkil edib.

Bütün xəbərlər