Fərdi sahibkarlara verilən kreditlər kəskin artıb

14:55 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. Azərbaycanda fərdi sahibkarlara verilən kredit portfelinin həcmi açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, bu dəfə kredit portfelinin həcmi tarixi rekordu yeniləyib.

Belə ki, 2021-ci ilin 1 oktyabr tarixinə şirkət yaratmadan sahibkarlıqla məşğul olan fiziki şəxslərə verilən kreditlərin həcmi 1 milyard 262.5 milyon manat olub.

Bu da son bir ayda 5.6%, illik müqayisədə isə 59.4% artıb.

Qeyd edək ki, fərdi sahibkarlara verilən kreditlərin həcmi indiyə qədər qeydə alınmış ən yüksək rəqəmdir.

 

Bütün xəbərlər