Naxçıvanın turizm potensialı çox genişdir - Florian Zenqstşmid

15:03 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. Naxçıvanda turizm potensialı kifayət qədər genişdir. Burada haykinq, kampinq, təbiət turizmi, mədəni turizm növləri, etnoqrafik turizm üçün infrastruktur mövcuddur.

Bunu ABC.AZ-a açıqlamasında Naxçıvana mediatur çərçivısində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid deyib.

O qeyd edib ki, burada turizm üçün çox münbit şərait var: "Azərbaycanın ümumi turizm xidmətləri Naxçıvan turizmi  fonunda özünü qabarıq göstərir. Naxçıvanın turizmdə əsas elementi təbiətidir. Gördüyünüz kimi insan burda dağların, çayların, süxurların, qayalıqların formalaşmasını, bu geomorfoloji proseslərin necə baş verdiyinin gözü ilə şahidi olur. Bütün bu coğrafi amillər bir turizm xidməti kimi necə inteqrasiya edilməlidirsə, həmin amillər burda ən yaxşı şəkildə edilib. Hesab edirəm ki, bu digər destinasiyalar üçün də yaxşı bir modeldir”.

Müəllif: Elmir Murad

Bütün xəbərlər