İki yataqdan indiyə kimi 153 milyard dollardan çox gəlir əldə edilib

15:34 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. 2021-ci il oktyabrın 1-i tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlər açıqlanıb.

Dövlət Neft Fondundan ABC.AZ-a verilən məlumata görə, 2001-ci ildən etibarən, 01.10.2021 tarixinə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 153 milyard 372 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin 9 ayı ərzində AÇG yatağından 3 milyard 966,8 milyon ABŞ dolları gəlir daxil olub.

2007-ci ildən etibarən Şahdəniz yatağı üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 milyard 996 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin 9 ayında Fonda Şahdəniz yatağından (qaz və kondensat) 329 milyon 131 min ABŞ dolları daxil olub.

O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 109 milyon 89 min ABŞ dolları təşkil edib.

 

Bütün xəbərlər