İran iyun ayından etibarən Azərbaycana enerji təchizatını həyata keçirəcək

17:27 - 12.04.2018


12 aprel, Fineko/abc.az. Azərbaycan İrandan elektrik enerjisi  alacaq.

Energetika nazirliyindən verilən məlumata əsasən, saziş "Azərenerji" ASC ilə İranın enerji istehsalı, verilməsi və paylanması üzrə “TAVANIR” şirkəti arasında bağlanıb.

Alqı-satqı müqaviləsini  "Azərenerji" ASC-in prezidenti Etibar Pirverdiyev və  “TAVANIR” şirkətinin idarə heyətinin sədri A.Kordi imzaladılar.  Müqaviləyə əsasən, bu ilin iyun ayından etibarən "Azərenerji" Muğan və Astara bölgələri üçün təcrid olunmuş (ada) rejimdə 180 MVt elektrik enerjisi idxal edəcək.

Sazişin məbləği göstərilməyib.

 

 

Bütün xəbərlər