Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir – Prezident

16:58 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı rayonuna gedib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı Qubadlı ictimaiyyətinin nümayəndələri ilə görüşdə bəzi vacib məqamlara toxunub.

Prezident qeyd edib ki, hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir: "İlk gündən başlayaraq müharibənin son gününə qədər Azərbaycan Silahlı Qüvvələri ancaq irəli gedirdi. Birinci gündə 4 kəndin azad edilməsi Azərbaycan xalqına çox böyük sevinc bəxş etdi. Uzun illərdən sonra bu Qələbə sevincini biz hamımız yaşadıq”.

 

Bütün xəbərlər