Azərbaycan, İran və Rusiya Bakıda elektrik enerji sistemlərinin birləşdirilməsi məsələsini müzakirə edəcək

17:35 - 12.04.2018


12 aprel, Fineko/abc.az. Azərbaycan və İran enerji sahəsində birgə əməkdaşlıq, həmçinin üçüncü ölkələrə tranzit məsələsini müzakirə ediblər.

Energetika Nazirliyindən verilən məlumata əsasən, məsələlər,  energetika nazirinin müavini Natiq Abbasovun İranın Energetika Nazirliyinə səfəri zamanı müzakirə olunub.

"Görüş zamanı Azərbaycan, İran və Rusiyanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi  üzrə Bakıda aprelin 26-da üçtərəfli görüşün keçirilməsi barədə razılıq əldə olunub. Həmçinin, İran-Azərbaycan-Gürcüstan elektrik enerjisi dəhlizinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılmış və üçtərəfli görüşün keçirilməsinin zəruriliyi  vurğulanmışdır”, - məlumatda belə deyilir.

 

Bütün xəbərlər