Bir gündə nə qədər vaksin vurulub?

17:20 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus əleyhinə 366 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 251, ikinci mərhələ üzrə 115 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 9 383 669, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 060 409, ikinci mərhələ üzrə isə 4 323 260 nəfər təşkil edir.

 

Bütün xəbərlər