Prezident Milli Qəhrəmandan danışdı

17:34 - 25.10.2021


25 oktyabr, Fineko/abc.az. "Bu gün bu şanlı Qələbədən danışarkən, ilk növbədə, əziz şəhidlərimizin xatirəsini yad etməliyik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim şəhidlərimiz qəlbimizdə əbədi yaşayacaq".

ABC.AZ xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

Azərbaycan xalqının indiki və gələcək nəsillərinin şəhidlərimizlə həmişə fəxr edəcəyini vurğulayan dövlət başçısı Vətən müharibəsində şəhid olmuş Qubadlı sakini, Milli Qəhrəman Şükür Həmidovu bütün hərbçilərimiz, gənc nəsil üçün nümunə adlandırıb.

 

Bütün xəbərlər