Azərbaycan Respublikasının Mərkəzi Bankı bu gün qısamüddətli notlar yerləşdirib

17:36 - 12.04.2018


12 aprel, Fineko/abc.az. Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) bu gün qısamüddətli notlar yerləşdirib.

Bakı Fond Birjası xəbər verir ki, aprelin 12-də hərracda AMB  50101467S  dövlət qeydiyyat nömrəli notlar satıb.

Notlar 200 milyon manat həcmində 28 gün tədavül müddətinə təklif edilmişdir.

14 investordan  591 726,6 min manat məbləğində 20 sifariş daxil olub.  İnvestorlar notlar üçün 99,3812 manat (gəlirlilik 8,01%) təklif etmişlər.

AMB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti orta ölmçülmüş qiymətə bərabər olub  99,3812 AZN (gəlirlilik 8.01%) səviyyəsində müəyyən edilmişdir. Nəticədə 200 milyon manat həcmində notlar yerləşdirilmişdir.

Ödəmə tarixi: 10 may 2018-ci il.

 

Bütün xəbərlər