Neftin ucuzlaşır, Brent bir barelə $85,97 təşkil edir

09:49 - 26.10.2021


26 oktyabr, Fineko/abc.az. Etalon markaların qiymətləri çərşənbə axşamı günü ticarətində azalır.

Saat 09:40-da London ICE Futures birjasında Brent üzrə dekabr fyuçerslərinin qiyməti $0,02 (0,02%) ucuzlaşaraq bir barelə $85,97  təşkil edib. Oktyabrın 25-də keçirilən hərracların nəticələrinə görə, Brent markalı neftin dekabr fyuçersi $0,46 (0,54%) artaraq bir barelə $85,99 təşkil edib.

Saat 09:40-da Nyu-York əmtəə birjasının (NYMEX) elektron hərraclarında WTI-nin dekabr ayı üçün fyuçerslərinin qiyməti $0,15 (0,18%) enərək bir barelə $83,61 təşkil edib. Oktyabrın 25-də keçən sessiyayla müqayisədə dekabr ayının neft fyuçerslərinin qiyməti dəyişməyib və bir barel üçün $83,76 təşkil edib. Dünənki ticarətdə, WTI-nin qiyməti,  2014-cü ilin oktyabr ayından etibarən ilk dəfə olaraq barel başına neftin $85-dən yuxarı qalxdı.

 

Bütün xəbərlər